MY "Borussiya"nın hücumçusunu istəyir

MY "Borussiya"nın hücumçusunu istəyir

“Mançester Yunayted” Dortmund “Borussiya"sının hücumçusu Seru Girassini transfer etmək üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, “365Scores”un məlumatına görə, İngiltərə nəhəngi yay transfer pəncərəsi öncəsi danışıqları sürətləndirib.

29 yaşlı hücumçu bu mövsüm möhtəşəm performans nümayiş etdirir. Bundesliqada ardıcıl matçlarda qol vurma seriyası, həmçinin “Dortmund” heyətində əsas hücum xətti liderlərindən biri olması onun adının Avropa nəhənglərinin gündəminə düşməsinə səbəb olub.

Futbolçunun tansfer qiymətinin təxminən 50 milyon avro olduğu bildirilir

Qeyd edək ki, Seru bu mövsüm çıxış etdiyi 16 matçda 7 qol və 3 asistlə fərqlənib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər