Millimizin üzvü rəsmən "Zirə"də

Millimizin üzvü rəsmən "Zirə"də

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, Premyer Liqanın gümüş mükafatçısı Murad Səttarlı ilə 2 illik müqaviləyə imza atıb. 

Gənc yarımmüdafiəçi ötən mövsüm AZAL-ın formasını geyinib. Buna qədər isə o, “Qarabağ” və “Simurq”da çıxış edib. Murad milli komandamızın üzvüdü.

Qeyd edək ki, "Zirə" bundan əvvəl "Xəzər Lənkəran"dan Tural Cəlilovu və "Rəvan"dan Yamin Ağakərimzadəni heyətinə qatıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər