Millimizin rəqibi ən böyük hesablı məğlubiyyəti ilə üzləşdi

Millimizin rəqibi ən böyük hesablı məğlubiyyəti ilə üzləşdi

Ukrayna millisi baş məşqçi Sergey Rebrovun rəhbərliyi altında ən böyük hesablı məğlubiyyətini alıb.

Fanat.Az "Champion"-a istinadən xəbər verir ki, bu, “sarı-göylər”in ötən gün Fransaya 0:4 hesablı darmadağın olduğu görüşdə reallaşıb. 

Rebrovun dönəmində bundan əvvəl ən böyük hesablı yenilgi AÇ-2024-də Rumıniyaya və Millətlər Liqasının pley-off mərhələsində Belçikaya 0:3 hesablı məğlubiyyət idi.

Rebrov 2023-cü ildən Ukrayna millisini çalışdırır. Bu müddət ərzində komanda 31 oyun keçirib, 14 qələbə qazanıb, 9 görüşdə uduzub və 8 heç-heçə edib. Komandanın qol nisbəti 48:46-dır.

Ukrayna DÇ-2026-nın seçmə mərhələsinin son matçında İslandiya ilə qarşılaşacaq. Oyun noyabrın 16-da baş tutacaq. Pley-offa yüksəlmək üçün ukraynalılara qalib gəlmək lazımdır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər