Mareska Bakıda zədələnən futbolçusu barədə bəd xəbər verdi

Mareska Bakıda zədələnən futbolçusu barədə bəd xəbər verdi

"Çelsi"nin yarımmüdafiəçisi Romeo Lavia Çempionlar Liqasında "Qarabağ"la oyunda zədələnib.

Fanat.Az xəbər verir ki, “zadəganlar”ın baş məşqçisi Entso Mareska matçdan sonra futbolçunun böyük ehtimalla uzun müddət xəstəxanada qalacağını bildirib. 

London klubunun rəsmi saytı təcrübəli çalışdırıcının fikirlərini belə çatdırıb:

"Romeo Laviya üçün çox təəssüflənirik. O, uzun müddətə sıradan çıxa bilər. Baxacağıq. Zədənin xarakteri haqqında danışmaq hələ tezdir. Düşünürəm ki, bu, baldır əzələsi zədəsidir".

Bu, belçikalı yarımmüdafiəçinin ötən mövsümün startından bəri 6-cı, cari mövsümdə isə ikinci zədəsidir.

Xatırladaq ki, “Çelsi” ötən gecə Bakıda “Qarabağ”ı məğlub edə bilməyib – görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər