“Liverpul” Joau Neveş üçün 140 milyon avro masaya qoyur

“Liverpul” Joau Neveş üçün 140 milyon avro masaya qoyur

“Liverpul” qış transfer pəncərəsində yarımmüdafiəni gücləndirmək üçün əsas hədəfini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, “qırmızılar” PSJ-nin parlayan ulduzu Joau Neveş üçün 140 milyon avro ödəməyə hazırdır.

21 yaşlı portuqaliyalı yarımmüdafiəçi bu mövsüm inanılmaz performans nümayiş etdirərək 10 matçda 6 qol vurub və Avropanın nəhənglərinin diqqət mərkəzinə düşüb.

PSJ futbolçunun buraxılması üçün yüksək qiymət tələb edir və Neveş klubun ən böyük gələcək proyektlərindən biri sayılır. Lakin “Liverpul”un təklifi Fransa nəhəngini düşünməyə məcbur edə bilər.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər