ÇL: 1/8 final oyunları başlayır - "Qalatasaray" "Liverpul"a qarşı

ÇL: 1/8 final oyunları başlayır - "Qalatasaray" "Liverpul"a qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.

Günə Türkiyə çempionu "Qalatasaray"ın oyunu ilə start veriləcək. "Aslanlar" doğma meydanda İngiltərə nəhəngi "Liverpul" ilə qarşılaşacaq. "Ali Sami Yen Spor Kompleksi"ndə baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 21:45-də səsləndiriləcək.

Gecəyarısı baş tutacaq digər oyunlara gəlincə, "Barselona" İngiltərədə "Nyukasl"la, "Bayern Münhen" İtaliyada "Atalanta" ilə, "Tottenhem" isə İspaniyada "Atletiko Madrid"lə üz-üzə gələcək.

Qeyd edək ki, 1/4-in qalan dörd matçı martın 11-də keçiriləcək.

UEFA Çempionlar Liqası 1/8 final mərhələsi 10 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) 00:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) 00:00. "Atalanta" (İtaliya) - "Bayern Münhen" (Almaniya) 00:00. "Atletiko Madrid" (İspaniya) - "Tottenhem" (İngiltərə)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər