Kurban Berdiyev: "Turnir cədvəlinə fikir vermirik"

Kurban Berdiyev: "Turnir cədvəlinə fikir vermirik"

"Turan Tovuz" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Fanat.Az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynamadıq. İkinci hissədə bir qədər yaxşı idik. Təəssüflər olsun ki, qələbə qazana bilmədik.

- Hakimlikdən razı qaldız?

- Tək mənə yox, digər məşqçilərə də hakimliklə bağlı sual verirsiz. Əgər heç nə dəyişmirsə, bu suallar vermək nəyə lazımdır?

- Komandanın ikinci pillədə olması sizi razısalır?

- Turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna köklənirik.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər