Kloppdan gözlənilməz seçim: "Real"a "yox" deyib bu klubu seçdi

Kloppdan gözlənilməz seçim: "Real"a "yox" deyib bu klubu seçdi

Tanınmış alman məşqçi Yürgen Klopp gözlənilməz seçim edib. 

Fanat.Az xəbər verir ki, məlumatı ispaniyalı jurnalist Xose Manuel Estrada yayıb.

Onun iddiasına görə, keçmiş "Liverpul"lu "Atletiko Madrid"i idarə etməyə hazırlaşır. Klopp artıq "Real Madrid"dən gələn təklifi rədd edib və hazırda digər İspaniya nəhəngi ilə danışıqlar aparır. Alman məşqçi ənənəvi olaraq layihələri klubun maliyyə imkanlarına deyil, komandanın fəlsəfəsinə və atmosferinə əsasən seçir. Kloppun "Atletiko"nun inkişaf modelindən təsirləndiyi bildirilir. 

Kloppun məşqçi kimi son iş yeri 2024-cü ildə "Liverpul"da olub. Klubdan ayrıldıqdan sonra alman mütəxəssis "Red Bull" sistemində rəhbər vəzifəyə keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər