Kenan Yıldız İngiltərə nəhəngində? -Tərəflər Turində görüşdülər

Kenan Yıldız İngiltərə nəhəngində? -Tərəflər Turində görüşdülər

Türkiyəli hücumçu Kenan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az “365scores”ə istinadən xəbər verir ki, “Arsenal”ın nümayəndələri Kenanın agenti Jorje Mendeş ilə görüşmək üçün Turin yollanıblar.

Görüşün əsas mövzusu “Yuventus”un və Türkiyə millisinin yüksələn ulduzu Yıldızın mümkün transferi olub.

20 yaşlı hücumçu bu mövsüm İtaliya A Seriyasında parlayan adlardan biridir. Gənc futbolçu cari mövsümdə meydana çıxdığı oyunlarda driblinq dəqiqliyi, topla sürətli çıxışları və hücum zonasında qərar qəbul etmə keyfiyyəti ilə diqqət çəkir. “Yuventus” onu klubun uzunmüddətli layihəsinin əsas parçası kimi görür, lakin “Arsenal”ın israrlı marağı transfer prosesini daha da gərginləşdirib.

Mikel Artetanın rəhbərlik etdiyi London klubu gənc və çox yönlü hücumçu axtarışındadır. Kenan Yıldız isə həm cinahda, həm də “10 nömrə” mövqeyində oynaya bilməsi ilə “topçular” üçün ideal hədəf hesab edilir. Transferin qiymətinin 40–55 milyon avro aralığında ola biləcəyi bildirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər