İstanbul nəhəngi "Zirə"nin vingerini bu qiymətə alır - İDDİA

İstanbul nəhəngi "Zirə"nin vingerini bu qiymətə alır - İDDİA

"Zirə"nin qvineyalı vingeri Salifu Suma daha bir klubun transfer hədəfinə çevrilib.

Fanat.Az xəbər verir ki, məlumatı "medias.net" portalı yayıb.

Xəbərə görə, adı Kiyev "Dinamo"su, "Finiks Rayzinq", Bolqarıstan MOİK-i, "Kayserispor"la yanaşı hallanan gənc futbolçunu "Fənərbağça" istəyir. Mənbə İstanbul nəhənginin "Zirə" ilə danışıq apardığını və "qartallar"ın tələb etdikləri 800 min avronu ödəməyə hazır olduğunu vurğulayıb. Keçidin bu yay reallaşacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, Sumanın Azərbaycan klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər