İrlandiya Futbol Federasiyasından qalmaqallı addım - DETALLAR

İrlandiya Futbol Federasiyasından qalmaqallı addım - DETALLAR

İrlandiya Futbol Federasiyası həm milli, həm də klub səviyyəsində İsrailin futbol yarışlarından uzaqlaşdırılması üçün UEFA-ya rəsmi müraciət etməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, federasiyanın son iclasında məsələ səsverməyə çıxarılıb və 74 səslə təklif qəbul edilib. 7 üzv təklifin əleyhinə, 2 üzv isə bitərəf səs verib.

Qərarın səbəbi kimi, İsrailin UEFA qaydalarını pozması və Avropa futbol dəyərləri ilə ziddiyyət təşkil edən hərəkətləri göstərilib.

Bu addım Avropa futbolunda geniş rezonans doğurub və UEFA-nın yaxın günlərdə məsələyə rəsmi cavab verməsi gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər