“İnter” - “Zirə” oyununun vaxtı dəyişdirildi

“İnter” - “Zirə” oyununun vaxtı dəyişdirildi

Topaz Premyer Liqasının VII turunun “İnter” - “Zirə” matçının vaxtı dəyişdirilib. Fanat.Az xəbər verir ki, buna 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı səbəb olub.

 

Oktyabrın 7-də Helsinkidə Finlandiya U-21 yığması ilə rəsmi oyun keçirəcək millimiz həmin ayın 2-dən etibarən Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında iştirak edəcək. Millimizin heyətində “İnter” və “Zirə” klubunun futbolçuları da yer alacaq. Bütün bunları nəzərə alan PFL qarşılaşmanın vaxtını dəyişib.

 

“İnter” - “Zirə” matçı oktyabrın 2-də deyil, sentyabrın 30-da baş tutacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər