İngiltərə klubu belçikalı məşqçiyə tapşırıldı

İngiltərə klubu belçikalı məşqçiyə tapşırıldı

İngiltərənin "Norviç Siti" klubu mətbuat xidməti vasitəsilə yeni baş məşqçisinin adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, Filipp Klement bu vəzifəyə təyin olunub. 

51 yaşlı belçikalı ilə 2029-cu ilin ortalarına qədər müddətə müqavilə imzalanıb. 

Klement Şotlandiyanın "Reyncers" klubundan ayrıldıqdan sonra fevralın sonundan etibarən məşqçilikdən işsiz idi. O, daha əvvəl “Monako”, “Brügge” və digər komandaları çalışdırıb. 

"Norviç Siti" hazırda İngiltərə Çempionşipində çıxış edir. Sözügedən komanda hazırda turnir cədvəlində autsayder mövqeyində - 23-cü yerdədir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər