II Liqa: Tura Bakıda yekun vurulur

II Liqa: Tura Bakıda yekun vurulur

Azərbaycan II Liqasında XVI tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun son günündə bir oyun baş tutacaq. 

Çempionatın debütantı "Şirvan" Bakıda "Dinamo"nun qonağı olacaq. Pərviz Bayramovun baş məşqçisi olduğu bölgə təmsilçisi görüşdən xalla ayrılmağı bacarsa, 4-cü pilləyə yüksələcək. Hazırda altıncı pillədə qərarlaşan "Şirvan"ın ən yaxın izləyicisi olan "nazirlik təmsilçisi" isə xal fərqini 7-yə endirmək əzmindədir.

Qeyd edək ki, turun digər oyunlarında "Qaradağ Lökbatan" "Şəmkir"i 4:0, "Xankəndi" "Araz Saatlı"nı 2:1, "Ağdaş" "Şəki Siti"ni 4:1 hesabı ilə üstələyib. "Quba" - "Kür-Araz" (0:0) və "Ağstafa Gəncləri" - "Göygöl" (1:1) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.

Azərbaycan II Liqası XVI tur 4 mart

“Dinamo” – “Şirvan” Hakimlər: Sənan Bayramzadə, Safalı Ağayev, Ağadur Mahmudov, İrşad Aydınov Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Azər Əsgərov Binə qəsəbə stadionu, 14:30

II Liqa: Tura Bakıda yekun vurulur

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər