II Liqa: "Xankəndi" autsayderi çətinliklə yendi

II Liqa:  "Xankəndi" autsayderi çətinliklə yendi

Azərbaycan II Liqasında XVI tur davam edir. 

Fanat.Az xəbər verir ki, turun üçüncü günündə 3 oyun keçiriləcək. 

Günün ilk qarşılaşmasında "Xankəndi" "Araz Saatlı"nı sınağa çəkib. Zaur Hacıyevin komandası autsayder görüşdə çətin qələbə qazanıb. 85 dəqiqə rəqibin müqavimətini qıra bilməyən Qarabağ təmsilçisi sonda minimal hesabla qalib gələrək yenidən zirvəyə dönüb. 

Digər qarşılaşmalara gəlincə, "Göygöl" ilə "Ağstafa Gəncləri"nin duelində tərəflər hərəyə 1 qol vurub 1 xal əldə ediblər. 

Günün son qarşılaşmasında "Ağdaş" "Şəki Siti"nin qonağı olub. Ağdaşlılar rəqibini böyük hesabla məğlub ediblər. 

Tura sabah yekun vurulacaq. 

Azərbaycan II Liqası XVI tur 3 mart 

“Xankəndi” – “Araz Saatlı” 2:1 Qollar: M.Caniyev, 86. E.Hüseynzadə, 89 - X.Bədirov, 90+2. “Ağstafa Gəncləri” – “Göygöl” 1:1 Qollar: İ.Allahverdiyev, 84 - F.Məmmədov, 57. “Şəki Siti” – “Ağdaş” 1:4 Qollar: N.Fərəci, 3 - Y.Dilanov, 23; 36. O.Xəlilov, 87; 90+2.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər