II Liqa: "Şirvan" vahid lider ola biləcək?

II Liqa: "Şirvan" vahid lider ola biləcək?

Bu gün II Liqada VII tur start götürəcək. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə 3 matç baş tutacaq. 

Açılış gününün görüşlərindən ikisi eyni vaxtda, biri yarım saat gec başlayacaq. 

Şərikli liderlərdən olan "Şirvan" ən yaxın izləyicisi "Quba"nın qonağı olacaq. İddialılardan "Şəki Siti" "Göygöl"ü sınağa çəkəcək. "Dinamo" isə Bakıda aşkar autsayder "Araz Saatlı" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turun daha 3 oyunu sabah keçiriləcək.

Azərbaycan II Liqası VII tur 3 noyabr 

14:00. “Quba” – “Şirvan” Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Sadiq Əliyev, Nəriman Ağayev Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Anar Şıxəliyev Quba. Olimpiya İdman Kompleksinin stadionu.

14:00. “Şəki Siti” – “Göygöl” Hakimlər: Rəsul Babayev, Ağadur Mahmudov, Hüseyn Vəliyev, Nazim Abdullayev Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Eldar Məmmədov “Rekord Arena”.

14:30. “Dinamo” – “Araz Saatlı” Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Yavər Rəhimov Binə qəsəbə stadionu.

II Liqa: "Şirvan" vahid lider ola biləcək?

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər