II Liqa: "Qaradağ Lökbatan"ın səfər sınağı, "Şirvan" autsayderə qarşı

II Liqa: "Qaradağ Lökbatan"ın səfər sınağı, "Şirvan" autsayderə qarşı

Azərbaycan II Liqasında VIII tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün çempionatda daha 3 görüş baş tutacaq.

"Şəmkir" "Araz Saatlı"nın qonağı olacaq. Liderin ən yaxın izləyicisi "Qaradağ Lökbatan" da "Göygöl"lə səfərdə üz-üzə gələcək. İddialılardan olan "Şirvan" isə evdə "Ağstafa Gəncləri"ni sınağa çəkəcək.

Bu gün keçiriləcək qarşılaşmalar yarım saat gec - 14:30-da start götürəcək.

Qeyd edək ki, turun dünənki oyunlarında "Xankəndi" səfərdə "Ağdaş"ı 4:0, "Şəki Siti" "Kür-Araz"ı 4:1, "Quba" isə "Dinamo"nu 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan 2-ci Liqası 8-ci tur 11 noyabr 

14:30. “Araz Saatlı” – “Şəmkir” Hakimlər: Kamil Aydınov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Sənan Bayramzadə Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Yavər Rəhimov Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

14:30. “Göygöl” – “Qaradağ Lökbatan” Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Hüseyn Vəliyev, Niyaz Əhmədov Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: İlham Əliyev Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.

14:30. “Şirvan” – “Ağstafa Gəncləri” Hakimlər: Nazim Abdullayev, Ağadur Mahmudov, Tural Bayramov, Ləman Əmirli Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Elman Musayev Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.

II Liqa: "Qaradağ Lökbatan"ın səfər sınağı, "Şirvan" autsayderə qarşı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər