II Liqa: "Qaradağ Lökbatan" yenidən zirvəyə dönə biləcək?

II Liqa: "Qaradağ Lökbatan" yenidən zirvəyə dönə biləcək?

Azərbaycan II Liqasında XVI tur davam edir. Fanat.Az xəbər verir ki, ötən gün start götürən tur çərçivəsində bu gün daha bir görüş baş tutacaq. Günün yeganə qarşılaşmasında çempionluğa iddialı "Qaradağ Lökbatan" "Şəmkir"i qonaq edəcək. Ötən tur "Xankəndi"yə uduzaraq zirvəni əldən verən Qəzənfər Abbasovun komandası evdə 3 xal qazanacağı halda, azı bir günlük yenidən lider olacaq. Qeyd edək ki, tura martın 4-də yekun vurulacaq. Azərbaycan II Liqası XVI tur 2 mart  15:00. “Qaradağ Lökbatan” – “Şəmkir” Hakimlər: Ceyhun Hüseynov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Nahid Xasıyev. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Erkin Hüseynov. Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.

II Liqa: "Qaradağ Lökbatan" yenidən zirvəyə dönə biləcək?

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər