II Liqa: "Qaradağ Lökbatan" liderliyi darmadağınla ələ aldı

II Liqa: "Qaradağ Lökbatan" liderliyi darmadağınla ələ aldı

Azərbaycan II Liqasında XVI tur davam edir.

Fanat.Az xəbər verir ki, ötən gün start götürən tur çərçivəsində bu gün daha bir görüş baş tutub.

Günün yeganə qarşılaşmasında çempionluğa iddialı "Qaradağ Lökbatan" "Şəmkir"i qonaq edib. Ötən tur "Xankəndi"yə uduzaraq zirvəni əldən verən Qəzənfər Abbasovun komandası evdə 3 xal qazanıb. Meydan sahibləri 3 xalı 4 cavabsız qolla əldə ediblər. Beləliklə, "Qaradağ Lökbatan" azı bir günlük yenidən liderliyə yüksəlib.

Qeyd edək ki, tura martın 4-də yekun vurulacaq.

Azərbaycan II Liqası XVI tur 2 mart 

“Qaradağ Lökbatan” – “Şəmkir” 4:0 Qollar: R.Quliyev, 30. H.Həsənov, 44. T.Axverdiyev, 45. İ.Hüseynov, 87. 

II Liqa: "Qaradağ Lökbatan" liderliyi darmadağınla ələ aldı

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər