II Liqa: "Qaradağ Lökbatan" darmadağınla liderliyə yüksəldi, Göygöldə qol yağdı

II Liqa: "Qaradağ Lökbatan" darmadağınla liderliyə yüksəldi, Göygöldə qol yağdı

Azərbaycan II Liqasında XVII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son günündə üç oyun baş tutub.

"Dinamo" səfərdə "Araz Saatlı"nı minimal hesabla üstələyib. 

"Göygöl"ün qonağı olan "Şəki Siti" acı məğlubiyyətlə üzləşib. Meydan sahibləri rəqibini 10 dəfə meydanın mərkəzinə dəvət ediblər. "Şəki Siti"nin gücü təsəlli qoluna çatıb. 

Liderlərdən olan "Qaradağ Lökbatan" isə səfərdə "Ağdaş"ı böyük hesabla məğlub edərək şərikli liderliyə yiyələnib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şirvan" "Quba"nı yenib (1:0), "Kür-Araz" "Ağstafa Gəncləri" ilə məhsuldar heç-heçə (2:2) edib. "Şəmkir" - "Xankəndi" görüşü isə baş tutmayıb.

Azərbaycan II Liqası XVII tur 10 mart

“Araz Saatlı” – “Dinamo” 1:2 Qol: R.Əvəzov, 64 - Z.Məmmədli, 6. Ə.Ağayev, 76-pen. 

“Göygöl” – “Şəki Siti” 10:1 Qol: C.Abbasov, 9. Ü.Cəlilov, 31. Z.Məmmədov, 56; 72. S.Kərimov, 62; 64; 65. K.Həsənpur, 80 - T.Zeynalov, 39. A.Quliyev, 84; 89.

“Ağdaş” – “Qaradağ Lökbatan”  0:4 Qol: V.Hüseynov, 19. T.Nəsibov, 32; 34; 57.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər