II Liqa: Lider "Xankəndi" səfər matçına çıxır

II Liqa: Lider "Xankəndi" səfər matçına çıxır

Milli komandaların oyunları ilə bağlı əksər çempionatlarda fasilə yaransa da, Azərbaycan II Liqası davam edir.

Fanat.Az xəbər verir ki, bu gün çempionatda VIII turun oyunları start götürəcək.

İki günü əhatə edəcək turun ilk oyun günündə 3 matç baş tutacaq.

Lider "Xankəndi" "Ağdaş" səfərinə yollanacaq. İddialılardan "Şəki Siti" də "Kür-Araz"la rəqib meydanında üz-üzə gələcək. "Dinamo" isə "Quba"nı sınağa çəkəcək.

Qeyd edək ki, turun daha üç oyunu sabah keçiriləcək.

Azərbaycan 2-ci Liqası 8-ci tur 10 noyabr 

14.00. “Ağdaş” – “Xankəndi” Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Ruslan Məmmədov, Ceyhun Hüseynov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Ağdaş şəhər stadionu.

14.00. “Kür-Araz” – “Şəki Siti” Hakimlər: Nahid Xasıyev, Sevda Nuriyeva, Sadiq Əliyev, Murad Səlimov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Rüfət Əmirov. Saatlı OİK stadionu.

14.00. “Dinamo” – “Quba” Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Ruslan Babayev, Fəridə Lütfəliyeva. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Nəriman Axundov. Binə qəsəbə stadionu.

II Liqa: Lider "Xankəndi" səfər matçına çıxır

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər