Bu gün II Liqada VII tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 matç baş tutacaq.
Turun son görüşlərinin hamısı eyni vaxtda başlayacaq.
Bu gün lider dəyişikliyi reallaşa bilər. "Quba" ilə oyunda xal itirməsinə rəğmən, zirvəyə yüksələn "Şirvan" mövqeyini "Xankəndi" ilə "Qaradağ Lökbatan"dan birinə verə bilər. İbrahim Uzuncanın baş məşqçisi olduğu Qarabağ təmsilçisi "Şəmkir"i qonaq edəcək. Lökbatanlılar isə "Ağdaş"ı sınağa çəkəcək. Turun daha bir matçı isə "Ağstafa Gəncləri" ilə "Kür-Araz" arasında baş tutacaq.
Qeyd edək ki, dünən "Dinamo" "Araz-Saatlı"nı 4:1 hesabı ilə yenib, "Quba" - "Şirvan" (1:1) və “Şəki Siti” – “Göygöl” (0:0) oyunlarında qalib müəyyənləşməyib.
Azərbaycan II Liqası VII tur 4 noyabr
14.00. “Ağstafa Gəncləri” – “Kür-Araz” Hakimlər: Niyaz Əhmədov, Elmin Süleymanov, Əkbər Əliyev, Rasim Musayev Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Mahal Məmmədov Ağstafa. Şəhər stadionu.
14.00. “Qaradağ Lökbatan” – “Ağdaş” Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Ruslan Məmmədov, Kamil Aydınov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Namiq Əliyev Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.
14.00. “Xankəndi” – “Şəmkir” Hakimlər: Sənan Bayramzadə, Safalı Ağayev, Tural Bayramov, Kamran Əliyev Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Erkin Hüseynov Bakı. "Palms Sports Futbol Mərkəzi".
