I Liqa: Tura iddialılar start verəcək

I Liqa: Tura iddialılar start verəcək

Azərbaycan I Liqasında XIX tur başlayır. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə liderlər meydana çıxacaqlar.

Belə ki, bu gün turnir cədvəlinin ilk altı pilləsində qərarlaşan komandalar bir-biriləri ilə qarşılaşacaqlar.

Lider "Şəfa" "Şahdağ Qusar"la üz-üzə gələcək. Turun mərkəzi oyununda “Baku Sportinq” ilə “Mingəçevir” münasibətlərinə aydınlıq gətirəcəklər. Çempionluğa iddialı "Səbail" ilə MOİK-in dueli 3 saat gec start götürəcək.

Azərbaycan I Liqası XIX tur 18 mart 

15.00. “Baku Sportinq” – “Mingəçevir” Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Ruslan Babayev, Sənan Bayramzadə. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Nəriman Axundov. Buzovna qəsəbə stadionu.

15.00. “Şəfa” – “Şahdağ Qusar”  Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Orxan İbişov, Kamran Əliyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Binə qəsəbə stadionu.

18.00. “Səbail” – MOİK  Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Sənan Atayev, Alik Yunusov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Emin Cəfərov. “Bayıl Arena”.

I Liqa: Tura iddialılar start verəcək

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər