I Liqa: "Səbail" liderlik şansını əldən verdi

I Liqa: "Səbail" liderlik şansını əldən verdi

Azərbaycan I Liqasında VIII turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha bir matç baş tutub.

Liderin ən yaxın izləyicisi “Səbail” iddialılardan olan “Baku Sportinq”in qonağı olub. Turun mərkəzi oyunu sayılan görüşdə qalib müəyyənləşməyib. Beləliklə, Bayıl təmsilçisi liderlik şansını əldən verib. 

Qeyd edək ki, dünən “Zaqatala” “Şahdağ Qusar”ı 1:0, “Mingəçevir” MOİK-i 3:0, “Cəbrayıl” isə “Şimal”ı 7:0 hesabı ilə məğlub edib. Tura sabah “Şəfa” – “Difai” görüşü ilə yekun vurulacaq.

Azərbaycan I Liqası VIII tur 21 noyabr 

“Baku Sportinq” – “Səbail” 0:0 Qırmızı vərəqə: Sadiq Quliyev, 90+4 (Səbail). I Liqa: "Səbail" liderlik şansını əldən verdi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər