I Liqa: "Mingəçevir" "Səbail"lə üz-üzə

I Liqa: "Mingəçevir" "Səbail"lə üz-üzə

Azərbaycan I Liqasında XVIII tur davam edir.

Fanat.Az xəbər verir ki, ötən gün start götürən turun ikinci oyun günündə daha 3 matç keçiriləcək.

Turun mərkəzi qarşılaşmasında "Mingəçevir" və "Səbail" komandaları üz-üzə gələcəklər. Premyer Liqaya can atan komandaların görüşünü baş hakim Əli Əliyev idarə edəcək.    Digər oyunlara gəlincə, "Şahdağ Qusar" Şamaxıda MOİK-i, "Difai" isə Ağsuda liderin ən yaxın izləyicisi "Baku Sportinq"i sınağa çəkəcək.

Turun açılış oyununda "Şəfa" "Şimal"ı 2:0 hesabı ilə məğlub edib.

Tura sabah yekun vurulacaq.

Azərbaycan I Liqası XVIII tur 12 mart 

15:00. “Şahdağ Qusar” – MOİK Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Seymur Səlimli. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

15:00. “Difai” – “Baku Sportinq”  Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Elman Musayev. Ağsu. Şəhər stadionu.

15:00. “Mingəçevir” – “Səbail” Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Erkin Hüseynov. Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).

I Liqa: "Mingəçevir" "Səbail"lə üz-üzə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər