Azərbaycan I Liqasında VIII tur start götürür.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək tur çərçivəsində bu gün üç oyun keçiriləcək.
İki matç eyni vaxtda, saat 14:00-da başlayacaq. "Zaqatala" doğma meydanda "Şahdağ Qusar"ı qəbul edəcək. "Mingəçevir" isə MOİK-in qonağı olacaq.
Günə yarım saat gec start götürəcək “Cəbrayıl” – “Şimal” qarşılaşması ilə yekun vurulacaq.
Azərbaycan I Liqası VIII tur 20 noyabr
14:00. “Zaqatala” – “Şahdağ Qusar” Hakimlər: Rövşən Rəcəbov, Qəzənfər Məmmədov, Elman Kərimov, Ruslan Quliyev Hakim-inspektor: Rövşən Əhmədov . AFFA nümayəndəsi: Rüfət Əmirov. Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
14:00. MOİK – “Mingəçevir” Hakimlər: Mahmud Bağırzadə, Aydın Bəxşiyev, Zakir Şükürzadə, Murad Səlimov. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. Binə qəsəbə stadionu.
14:30. “Cəbrayıl” – “Şimal” Hakimlər: Alik Yunusov, Elmin Süleymanov, Vüqar Bayramov, Şamil İmanzadə. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Namiq Əliyev. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
