I Liqa: "Mingəçevir" 3-cü yer şansını əldən verdi

I Liqa: "Mingəçevir" 3-cü yer şansını əldən verdi

Azərbaycan I Liqasında 14-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə iki matç baş tutub.

"Difai" sonuncu yerdə qərarlaşan "Şimal" üzərində inamlı qələbə qazanıb. Beləliklə, Ağsu təmsilçisi aşkar autsayderlə xal fərqini 7-yə çatdırıb və düşmə zonasında bir qədər rahatlayıb. 

Günün mərkəzi qarşılaşmasında isə "Mingəçevir" ilə "Zaqatala" üz-üzə gəlib. Ramiz Məmmədovun komandası doğma azarkeşləri önündə rəqibinin müqavimətini qıra bilməyib.

Turun dünən baş tutan görüşləri belə nəticələnib: “Şahdağ Qusar” – “Cəbrayıl” 4:2, “Baku Sportinq” – MOİK  2:0, “Səbail” – “Şəfa” 0:0.

Azərbaycan I Liqası XIV tur 13 fevral 

“Difai” – “Şimal” 3:1 Qollar: K.Kamta, 16. A.Bektaşoğlu, 31. V.Ondo, 50 - Ş.Şirinov, 58. 

“Mingəçevir” – “Zaqatala” 0:0

I Liqa: "Mingəçevir" 3-cü yer şansını əldən verdi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər