Azərbaycan I Liqasında 9-cu tur davam edir.
Fanat.Az xəbər verir ki, birinci dövrənin son turuna 3 oyunla yekun vurulacaq.
MOİK səfərdə "Difai" ilə üz-üzə gələcək. Lider "Şəfa" isə səfərdə "Şahdağ Qusar"la prinsipial matça çıxacaq.
Turun ən maraqla gözlənilən qarşılaşmalarından biri Bayılda baş tutacaq. Ötən mövsüm Premyer Liqada "Səbail"in sükanı arxasında bir-birini əvəzləyən Cavid Hüseynovla Elvin Məmmədovun dueli gərgin mübarizə vəd edir.
Qeyd edək ki, turun iki oyunu dünən baş tutub. “Mingəçevir” evdə “Baku Sportinq”ə uduzub (1:2), “Zaqatala” səfərdə “Şimal”ı darmadağın edib (4:0).
Azərbaycan I Liqası IX tur 27 noyabr
14:30. “Difai” – MOİK Hakimlər: Şamil İmanzadə, Sənan Atayev, Səbuhi Soltanov, Alik Yunusov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Elman Musayev. Ağsu şəhər stadionu.
14:30. “Şahdağ Qusar” – “Şəfa” Hakimlər: Namiq Bəkirov, Rəhman Aslanov, Samir Qaracayev, Mahmud Bağırzadə Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Erkin Hüseynov Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
15:00. “Səbail” – “Cəbrayıl” Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Rüfət Əmirov. “ASCO Arena”.
