Həvəskarlar Liqasının qalibi "Zirə" ilə qarşılaşacaq

Həvəskarlar Liqasının qalibi "Zirə" ilə qarşılaşacaq

Region Liqasına hazırlığını davam etdirən "Marafon"un növbəti rəqibi müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Amid Zeynalovun baş məşqçisi olduğu komanda "Zirə"nin U-19 komandası ilə qarşılaşacaq. 

Sabirabadlılar qəsəbə təmsilçisi ilə bu gün gücünü sınayacaq. Oyun "Rekord Arena"da baş tutacaq və saat 20:30-da başlayacaq. 

Qeyd edək ki, "Marafon" bazar günü "Neftçi"nin köhnə bazasında II Liqa təmsilçisi "Xankəndi" ilə qarşılaşıb. Türkiyəli mütəxəssis İbrahim Uzuncanın baş məşqçisi olduğu Qarabağ təmsilçisi görüşdən 2:0 qalib ayrılıb. 

"Marafon" Həvəskarlar Liqasının son qalibidir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər