Hələ "Zirə" belə qələbə qazanmamışdı

Hələ "Zirə" belə qələbə qazanmamışdı

"Zirə" Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.

Bu, Misli Premyer Liqasının III turunda qeydə alınıb. Qəsəbə klubu 2015/2016 mövsümündən çıxış etdiyi yüksək dəstədə bunadək 5 top fərqi ilə qalib gəlməmişdi.

Qeyd edək ki, Zirənin eyniadlı təmsilçisi əvvəlki mövsümlərdə 3 dəfə 4 top fərqinə sevinib. Komanda "Rəvan"ı 2015/2016, "Qəbələ"ni 2023/2024, "Kəpəz"i 2024/2025 mövsümündə 4:0 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər