Futbolçuları meydandan zirehli maşınla çıxardılar

Futbolçuları meydandan zirehli maşınla çıxardılar

Qananın “Asante Kotoko” komandasının futbolçuları meydandan zirehli transportyorla (ZTR) çıxarılıb. Fanat.az xəbər verir ki, buna səbəb komandanın Afrika Çempionlar Liqasında “Ulmoy”a məğlub olması olub.

İki oyunda da məğlub olaraq növbəti mərhələyə vəsiqə qazana bilməyən “Asante Kotoko”nun azarkeşləri matçdan sonra insident yaradıb. 

Nəticədən əsəbləşən azarkeşlər futbolçularla danışmaq üçün meydana axışıblar. Polislər bunun kütləvi dava ilə nəticələnəcəyini görərək futbolçuları zirehli maşınla meydandan çıxarmağa qərar verib.

Qeyd edək ki, qarşılaşma “Ulmoy”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.//Report.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər