Florentino Peres "Real"dan ayrılmağa qərar verdi

Florentino Peres "Real"dan ayrılmağa qərar verdi

"Real"ın prezidenti Florentino Peres gələn il "Kral klubu"nu tərk edə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Pepe Alvares yayıb.

Mənbənin məlumatına görə, 78 yaşlı mütəxəssis Madrid klubunu 2026-cı ildə tərk etmək qərarına gəlib. Halbuki onun səlahiyyət müddəti 2028-ci ilə qədərdir. 

Qeyd edək ki, Peres ilk dəfə 2000-ci ildə "Real Madrid"in prezidenti olub. Florentinonun rəhbərliyi altında "kral klubu" 7 dəfə Çempionlar Liqasının və eyni sayda İspaniya çempionatının qalibi olub. 

Xatırladaq ki, Xabi Alonsonun baş məşqçisi olduğu "Real Madrid" hazırda ölkə çempionatının turnir cədvəlində birinci, Çempionlar Liqasında isə Liqa mərhələsində yeddinci yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər