“Real Madrid” gələcək üçün növbəti transfer hədəfini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, klubun rəhbərliyi PSJ-nin gənc istedadı Dezire Dueni heyətinə qatmaq niyyətindədir.
"365 Scores"un məlumatına görə “kral klubu” fransalı yarımmüdafiəçinin çıxışından ciddi şəkildə təsirlənib və rəhbərlik futbolçunun potensialını “Real”ın uzunmüddətli planlarına uyğun hesab edir.
Hazırda “Real Madrid”in əsas məqsədi, gələcək illərdə komandanın mərkəz xəttini gənc və texnikalı oyunçularla gücləndirməkdir. Dezire Dueni isə bu strategiyanın bir parçası kimi görülür.
Fransalı futbolçu “PSJ”nin əsas heyətində hələ çox oyun keçirməsə də, onun oyunqurma bacarığı və top idarəetmə qabiliyyəti Avropa klublarının diqqətini cəlb edib.
Kamil Xudiyev