FİFA referiləri istirahət etdilər, Premyer Liqada üçhakimiyyətlik yarandı - STATİSTİKA

FİFA referiləri istirahət etdilər, Premyer Liqada üçhakimiyyətlik yarandı - STATİSTİKA

Misli Premyer Liqasında 12 tur geridə qalıb. Keçirilən 71 oyunda ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) 14 baş hakim iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda FİFA referilərindən heç biri təyinat almayıb. 

Hakimlər Komitəsi ikinci dövrənin startında Rauf Cabarov, Rəvan Həmzəzadə, Kamranbəy Rəhimov, Elvin Bayramov, Cavid Cəlilov və Fərid Hacıyevə güvənib. Sonuncu 2 ədalət təmsilçisi cari mövsümdə yeddinci dəfə iş başında olublar. Beləliklə, oyun sayına görə üçhakimiyyətlik yaranıb. Yeddi dəfə baş hakim olan Əliyar Ağayev, Cavid Cəlilov və Fərid Hacıyevi hesabında 6 oyun olan Elçin Məsiyev, Rəvan Həmzəzadə, Rauf Cabarov və Tural Qurbanov təqib edir. On iki turda Nicat İsmayıllı hamıdan az - cəmi 2 dəfə iş başında olub.

On ikinci turda hakimlər cəmi 32 vərəqədən istifadə ediblər ki, bunun 1-i "qırmızı" olub. Fərid Hacıyev mövsüm ərzində ilk dəfə oyunçu qovmaqla "fərqlənib". Hakimlər 32 vərəqədən 17-ni meydan sahiblərinin, 15-ni qonaq komandanın oyunçularına göstəriblər.

Beləliklə, 12 turun yekununda bu rəqəmlər müvafiq olaraq "280" və "9" olub. Nəticədə ümumi vərəqə sayı 289-a çatıb. Bu da hər oyuna orta hesabla 4,07 vərəqə deməkdir. 

On iki tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 37 vərəqədən istifadə edib ki, bunun 4-nün rəngi qırmızı olub. Onu 1-i qırmızı olmaqla, 29 vərəqədən yararlanan Fərid Hacıyev təqib edirlər. 

Əliyar Ağayev - 7 oyun

meydan sahibi    15 sarı 3 qırmızı  qonaqlar             18        1 cəmi:                   33       4

Fərid Hacıyev - 7 oyun

meydan sahibi   19   1  qonaqlar             9    0 cəmi:                  28   1

Cavid Cəlilov - 7 oyun

meydan sahibi    10      0 qonaqlar             15    0 cəmi:                   25    0

Tural Qurbanov - 6 oyun

meydan sahibi 13    1 qonaqlar    13    0 cəmi:    26    1

Elçin Məsiyev - 6 oyun

meydan sahibi    12    0 qonaqlar             13    0 cəmi:                   25   0

Rəvan Həmzəzadə - 6 oyun

meydan sahibi    12    0 qonaqlar    13    0 cəmi:    25    0

Rauf Cabarov -  6 oyun

meydan sahibi    11    0 qonaqlar    8   1 cəmi    19    1

Kamal Umudlu - 5 oyun

meydan sahibi    11    2 qonaqlar    10    0 cəmi:    21    2

Rəşad Əhmədov - 5 oyun

meydan sahibi    9    0 qonaqlar    18    0 cəmi:   27    0

İnqilab Məmmədov -  4 oyun

meydan sahibi  6   0 qonaqlar    11    0 cəmi:    17    0

Kamranbəy Rəhimov - 4 oyun

meydan sahibi  6    0 qonaqlar    9    0 cəmi:   15    0

Elvin Bayramov - 3 oyun

meydan sahibi  9    0 qonaqlar    4    0 cəmi:    13    0

Əli Əliyev - 3 oyun

meydan sahibi  5    0 qonaqlar    6    0 cəmi:   11    0

Nicat İsmayıllı - 2 oyun

meydan sahibi  4    0 qonaqlar    6    0 cəmi:    10    0

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər