Fasilədən öncə son oyun: "Zirə" - "İnter"

Fasilədən öncə son oyun: "Zirə" - "İnter"
Bu gün Topaz Premyer Liqasında III tura start veriləcək. Fanat.az хəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun son oyununda "Zirə" "İnter"i qəbul edəcək. Saat 21.00-da Zirə Olimpiya İdman Kompleksinin stadionunda başlayacaq qarşılaşmanı sabiq FIFA referisi Fariz Yusifov idarə edəcək.
"Zirə" ilk turda AZAL-ı məğlub edib (1:0), ardınca "Kəpəz"lə "sülh" bağlayıb (1:1). "İnter" isə "Xəzər Lənkəran"a uduzduqdan sonra (0:2) "Neftçi"yə qalib gəlib (1:0).
Bu oyundan sonra milli komandanın seçmə mərhələ matçlarına görə çempionatda fasilə yaranacaq. IV turun oyunlarına sentyabrın 12-də start veriləcək.
Qeyd edək ki, turun 4 oyunu şənbə və bazar günləri keçirilib. "Qarabağ" AZAL-ı 2:0, "Qəbələ" "Kəpəz"i 1:0, "Neftçi" "Sumqayıt"ı 2:1 hesabı ilə yenib, "Xəzər Lənkəran" - "Qəbələ" oyununda qalib müəyyənləşməyib - 1:1.
Premyer Liqa
2015/16 mövsümü
I dövrə, III tur
24 avqust
Zirə - İnter
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə Olimpiya İdman Kompleksinin stadionu. Saat 21.00.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

3

2

1

0

6-3

7

2

Qəbələ

3

2

1

0

5-2

7

3

Xəzər Lənkəran

3

1

2

0

4-2

5

4

Zirə

2

1

1

0

2:1

4

5

Neftçi

3

1

1

1

2-2

4

6

İnter

2

1

0

1

1-2

3

7

Sumqayıt

3

0

2

1

2-3

2

8

Rəvan

3

0

2

1

2-3

2

9

Kəpəz

3

0

2

1

1-2

2

10

AZAL

3

0

0

3

0-5

0

Bombardirlər

Riçard Almeyda (Qarabağ), Rahid Əmirquliyev (Xəzər Lənkəran) - 2.

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər