Estevao 18 yaşında Messi və Ronaldunu geridə qoydu

Estevao 18 yaşında Messi və Ronaldunu geridə qoydu

Braziliyanın gənc ulduzu Estevao beynəlxalq arenada göstərdiyi performansla adından söz etdirməyə davam edir.

Fanat.Az xəbər verir ki, 18 yaşında milli komandada vurduğu qollarla o, futbol tarixinin iki böyük adı – Lionel Messi və Kriştianu Ronaldunu belə qabaqlayıb.

Məlumata görə, 18 yaşında milli səviyyədə atılan qollar arasında Estevao 4 qolla siyahıya başçılıq edir. Messi və Ronaldu isə həmin yaşda hərəyə 2 qol vurmağı bacarıblar. Bununla yanaşı, Estevao hazırda 2025-ci ildə Braziliya millisinin ən çox qol vuran futbolçudur.

Gənc hücumçunun bu parlaq performansı onun gələcəkdə dünya futbolunun ən iddialı adlarından birinə çevrilə biləcəyini göstərir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər