Eren Elmalı mərclə bağlı iddialara görə Türkiyə millisindən uzaqlaşdırıldı


Eren Elmalı mərclə bağlı iddialara görə Türkiyə millisindən uzaqlaşdırıldı

Türkiyə millisində ciddi qərar qəbul edilib.

Fanat.Az xəbər verir ki, müdafiəçi Eren Elmalı barəsində yayılan mərclə (idman mərc oyunları) bağlı iddialar səbəbindən milli komandanın heyətindən uzaqlaşdırılıb.

Türkiyə Futbol Federasiyası məsələnin araşdırıldığını və futbolçunun ehtiyat tədbiri olaraq düşərgədən ayrıldığını təsdiqləyib. Rəsmi açıqlamada, federasiyanın ədalətli və şəffaf şəkildə prosesi izləyəcəyi, Eren Elmalının isə istintaq yekunlaşana qədər milli heyətdən kənarda qalacağı bildirilib.

Türkiyə mətbuatının yazdığına görə, federasiya oyunçunun hər hansı mərclə əlaqəsinin olub-olmamasını müəyyənləşdirmək üçün FİFA və UEFA ilə birgə məlumat mübadiləsi aparır.

Bu qərarla Eren Elmalı noyabr ayında keçiriləcək beynəlxalq oyunlarda millinin heyətində yer almayacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər