Çempionlar Liqası: 1/8 finalın cütləri müəyyənləşir - PÜŞKATMA

Çempionlar Liqası: 1/8 finalın cütləri müəyyənləşir - PÜŞKATMA

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Fanat.Az xəbər verir ki, Liqa mərhələsində ilk "8-liy"i tutan və pley-off mərhələsindən qalib çıxan 8 komanda olmaqla, 16 iştirakçı dörddəbir finala vəsiqə uğrunda mübarizə aparacaq.

Səpələnmişlər:

1. Arsenal (İngiltərə) 2. Bayern (Almaniya) 3. Liverpul (İngiltərə) 4. Tottenhem (İngiltərə) 5. Barselona (İspaniya) 6. Çelsi (İngiltərə) 7. Sportinq (Portuqaliya) 8. Mançester Siti (İngiltərə)

Səpələnməmişlər:

9. Real Madrid (İspaniya) 10. PSJ (Fransa) 11. Nyukasl (İngiltərə) 12. Atletiko (İspaniya) 13. Atalanta (İtaliya) 14. Bayer (Almaniya) 15. Qalatasaray (Türkiyə) 16. Budyo-Qlimt (Norveç)

Çempionlar Liqasının cütlükləri rəqiblərini Bakı vaxtı ilə saat 15:00-dan etibarən tanıyacaq. Tədbir "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Reqlament

1/8 final mərhələsindəki potensial rəqiblər komandaların liqa mərhələsindəki mövqelərinə əsasən müəyyən edilir.

Misal üçün, yarışın əsas mərhələsində birinci və ikinci yeri tutan komandalar 1/8 finalda əsas mərhələdə 15-ci, 16-cı, 17-ci və ya 18-ci yeri tutan kollektivlərin iştirak etdiyi pley-off cütlüklərinin qalibləri ilə qarşılaşacaqlar; üçüncü və ya dördüncü yeri tutanlar 13-cü, 14-cü, 19-cu və 20-ci yerdə qərarlaşan komandaların iştirak etdiyi pley-off cütlüklərinin qalibləri ilə oynayacaqlar və s.

Beləliklə, 1/8 finalda hər komandanın 2 potensial rəqibi var:

"Arsenal" / "Bayern Münhen" - "Bayer Leverkuzen" / "Atalanta"

"Liverpul" / "Tottenhem" - "Qalatasaray" / "Atletiko Madrid"

"Çelsi" / "Barselona" - "Nyukasl" / PSJ

"Sportinq" / "Mançester Siti" - "Real Madrid" / "Budyo-Qlimt"

Çempionlar Liqası: 1/8 finalın cütləri müəyyənləşir - PÜŞKATMA Qeyd edək ki, liqa mərhələsində ilk səkkiz yeri tutan komanda cavab oyunlarını evdə keçirəcək. 1/8-in oyunları isə 10-11 mart və 17-18 mart tarixlərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər