Eltun Yaqublu "Zirə"yə qayıtdı - RƏSMİ

Eltun Yaqublu "Zirə"yə qayıtdı - RƏSMİ

Eltun Yaqublu "Zirə"nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib.

Fanat.Az xəbər verir ki, məlumatı "qartallar"ın mətbuat xidməti yayıb.

Sözügedən mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Yaqublu 2020-2025-ci illər aralığında "Zirə"də məşqçi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, "Turan Tovuz"un 3-cü yeri tutaraq vəsiqə qazandığı UEFA Konfrans liqasında iştirakı yasaqlandığı üçün qərblilərin əvəzinə bu mövsüm Azərbaycanı qitəmiqyaslı turnirdə "Zirə"  təmsil edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər