"Zirə"nin futbolçusu təhqirə görə cəzalandırıldı

"Zirə"nin futbolçusu təhqirə görə cəzalandırıldı

İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, toplantıda son 1 həftədə baş tutan oyunlardakı neqativ hallar müzakirə olunub.

 

U-17 Liqasında, "Zirə” – "Mil-Muğan” matçının 83-cü dəqiqəsində birincilərin futbolçusu Pərviz Məmmədov hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb.

 

U-15 Liqasında, "Viləş” – "Səbail” matçının 70+3-cü dəqiqəsində ev sahiblərinin futbolçusu Emin Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzaya məruz qalıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər