Elmar Baxşıyev "Zirə" üzərində qələbəni dəyərləndirdi

Elmar Baxşıyev "Zirə" üzərində qələbəni dəyərləndirdi

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Zirə"ni 1:0 hesabı ilə məğlub edən "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev matçı dəyərləndirib.

Fanat.Az xəbər verir ki, oyunla bağlı belə danışıb:

"Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bilirdik ki, bizi çətin oyun gözləyir. Yolumuza davam edirik. Çempionat matçına hazırlaşacağıq. Dörd gün sonra oyunumuz var. Kubok oyunları fərqli olur. O prizmadan yanaşmırıq ki, üstünlük qazanmışıq. İkinci oyunda da maksimumu etmək lazım olacaq ki, növbəti mərhələyə çıxaq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər