Edvin van der Sarın inanılmaz rekordu yenə qırılmadı

Edvin van der Sarın inanılmaz rekordu yenə qırılmadı

“Mançester Yunayted”in əfsanəvi qapıçısı Edvin van der Sar Premyer Liqa tarixinin ən yaddaqalan rekordlarından birinin sahibidir. 

Fanat.Az xəbər verir ki, niderlandlı qolkiper 2008/09 mövsümündə, 15 noyabr - 21 fevral aralığında tam 1311 dəqiqə qol buraxmadan oynayaraq tarixi rekorda imza atmışdı.

Bu rekord illərdir qırılmır və növbəti cəhd də nəticəsiz qalıb.

“Arsenal”ın hazırkı qapıçısı David Raya ötən həftə “Sanderlend”lə matçda qol buraxana qədər 4 oktyabr – 8 noyabr arasında toplam 451 dəqiqə qapısını toxunulmaz saxlayıb. Lakin bu göstərici van der Sarın möhtəşəm seriyasına yaxınlaşmağa belə imkan verməyib.

Beləliklə, Niderlandlı qapıçının tarixi rekordu qüvvədə qalıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər