Daha bir futbolçu "Zirə"dən getdi

Daha bir futbolçu "Zirə"dən getdi
“Zirə” daha bir futbolçu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, yayda komandaya qoşulan İlqar Hüseynov karyerasını başqa klubda davam etdirəcək. 
Futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub. Bundan öncə Eduardo Makiel və Eltun Hüseynov “Zirə”dən ayrılmışdı.
Qeyd edək ki, ötən mövsüm "Simurq"un formasını geyinən 21 yaşlı İlqar Hüseynov "Zirə"nin əsas heyətində debüt etməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər