DÇ-2026-ya cəmi 6 vəsiqə qaldı

DÇ-2026-ya cəmi 6 vəsiqə qaldı

Gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının daha 3 iştirakçısı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Kurasao, Panama və Haiti seçmələri də final mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, mundiala əldə edən ölkələrin sayı 42-yə çatıb. DÇ-2026-ya cəmi 6 vəsiqə qalıb.

Üç meydan sahibi ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya, Niderland, İsveçrə, İspaniya, Şotlandiya, Avstriya, Belçika, Kurasao, Panama və Haiti seçmələri mundialda iştirakını rəsmiləşdiriblər. 

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər