DÇ-2026: Türkiyə Bolqarıstanı qəbul edir, Gürcüstan İspaniyaya qarşı

DÇ-2026: Türkiyə Bolqarıstanı qəbul edir, Gürcüstan İspaniyaya qarşı

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 5 qrupda 10 oyun keçiriləcək.

Günə Qazaxıstanda start veriləcək. Orta asiyalılar qrupun lideri Belçikanı qonaq edəcəklər.

E qrupunda yer alan Türkiyə millisi doğma meydanda Bolqarıstanla qarşılaşacaq. Gürcüstan ­isə evdə qrupun lideri İspaniya yığması ilə üz-üzə gələcək 

Qeyd edək ki, D qrupunda mübarizə aparan Azərbaycan millisi tsikldə son oyununu sabah Bakıda Fransa yığmasına qarşı keçirəcək.

DÇ-2026 Seçmə mərhələ 15 noyabr

J qrupu

18:00. Qazaxıstan – Belçika 21:00. Lixtenşteyn – Uels

Xal durumu: Belçika - 14, Şimali Makedoniya - 13, Uels - 10, Qazaxıstan - 7, Lixtenşteyn - 0.

E qrupu

21:00. Gürcüstan ­– İspaniya 21:00. Türkiyə – Bolqarıstan

Xal durumu: İspaniya - 12, Türkiyə - 9, Gürcüstan - 3, Bolqarıstan - 0.

H qrupu

21:00. Kipr – Avstriya 23:45. Bosniya – Rumıniya

Xal durumu: Avstriya - 15, Bosniya və Herseqovina - 13, Rumıniya - 10, Kipr - 8, San Marino - 0.

B qrupu

23:45. İsveçrə – İsveç 23:45. Sloveniya – Kosovo

Xal durumu: İsveçrə - 10, Kosovo - 7, Sloveniya - 3, İsveç - 1.

C qrupu

23:45. Danimarka – Belarus 23:45. Yunanıstan – Şotlandiya

Xal durumu: Danimarka - 10, Şotlandiya - 10, Yunanıstan - 3, Belarus - 0. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər