DÇ-2026: Türkiyə, Almaniya və İspaniyanın səfər sınağı

DÇ-2026: Türkiyə, Almaniya və İspaniyanın səfər sınağı

Final mərhələsi 2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə oyunlarının payız mərhələsi start götürür.

Fanat.Az xəbər verir ki, bu gün 8 oyun keçiriləcək.

Bu görüşlər A və E qruplarında ilk, J və G qruplarında isə 5-ci tura təsadüf edəcək. 

Türkiyə seçmə mərhələdə ilk oyununu səfərdə Gürcüstana qarşı keçirəcək. İspaniya isə Bolqarıstan səfərinə yollanacaq.

Niderland Polşanı sınağa çəkəcəksə, Almaniya Slovakiyanın qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-nin ilk seçmə oyununda səfərdə İslandiyaya qarşı keçirəcək. Oyun sabah 22.45-də başlayacaq.

DÇ-2026 4 sentyabr

J qrupu

18:00. Qazaxıstan - Uels     22:45. Lixtenşteyn - Belçika    

E qrupu

20:00. Gürcüstan - Türkiyə     22:45. Bolqarıstan - İspaniya    

G qrupu

20:00. Litva - Malta     22:45. Niderland - Polşa    

A qrupu 

22:45. Slovakiya - Almaniya      22:45. Lüksemburq - Şimali İrlandiya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər