DÇ-2026: Ronaldulu Portuqaliyanın səfər, lider İngiltərənin ev sınağı

DÇ-2026: Ronaldulu Portuqaliyanın səfər, lider İngiltərənin ev sınağı

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. 

Fanat.Az xəbər verir ki, üç qrupda ümumilikdə 6 görüş baş tutacaq.  

Portuqaliya, Macarıstan, İrlandiya və Ermənistanın yer aldığı F qrupunda mübarizəyə bu gün start veriləcək. Kriştianu Ronaldunin heyətində yer aldığı portəgizlər Ermənistanın qonağı olacaqlar. Qrupun digər görüşündə İrlandiya yığması Macarıstanı qəbul edəcək. 

H qrupunun lideri Bosniya və Herseqovina asan San Marino səfərinə yollanıb. Liderdən bir oyun az keçirən Avstriya isə doğma meydanda 3 oyuna 3 xal toplayan Kipri sınağa çəkəcək.    

Nəhayət, K qrupunda Latviya - Serbiya və İngiltərə - Andorra görüşləri baş tutacaq. 

Qeyd edək ki, ötən gün ilk oyununda səfərdə İslandiyaya böyük hesabla (0:5) uduzan Azərbaycan millisi qrupda növbəti oyununu 9 sentyabrda Bakıda Ukraynaya qarşı keçirəcək. 

DÇ-2026, seçmə mərhələ 6 sentyabr

F qrupu

20:00. Ermənistan - Portuqaliya 22:45. İrlandiya – Macarıstan 

Xal durumu: Portuqaliya - 0, Ermənistan - 0, Macarıstan - 0, İrlandiya - 0.

H qrupu

22:45. Avstriya – Kipr  22:45. San Marino - Bosniya və Herseqovina

Xal durumu: Bosniya və Herseqovina - 9, Avstriya - 6, Rumıniya - 6, Kipr - 3, San Marino - 0.

K qrupu

17:00. Latviya - Serbiya 20:00. İngiltərə - Andorra

Xal durumu: İngiltərə - 9, Albaniya - 5, Serbiya - 4, Latviya - 4, Andorra - 0.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər