DÇ-2026: İran boykot qərarı verdi

DÇ-2026: İran boykot qərarı verdi

İran Futbol Federasiyası 2026-cı il dünya çempionatının final mərhələsinin püşkatma mərasimini boykot etdiyini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, cənub qonşumuz dekabrın 5-də Vaşinqtonda keçiriləcək tədbirdə iştirak etməyəcək. 

Boykota səbəb ABŞ hakimiyyətinin İran nümayəndə heyətinin bir neçə üzvünə viza verməkdən imtina etməsidir.

İran millisinin baş məşqçisi Amir Qalenoei də daxil olmaqla, sorğu edilən şəxslərdən yalnız dördünə giriş sənədləri verilib.

2026-cı il dünya çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksika keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər