DÇ-2026: Fransanın ev, İngiltərənin səfər sınağı

DÇ-2026: Fransanın ev, İngiltərənin səfər sınağı

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. 

Fanat.Az xəbər verir ki, beş qrupda ümumilikdə 9 görüş baş tutacaq.  

Seçmə mərhələyə uğursuz başlayan və İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra Fernandu Santuşu qovan Azərbaycan yığması Ukrayna önünə baş məşqçisiz çıxacaq. Komandanı meydana müvəqqəti olaraq U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq.  Yığmamızın yer aldığı D qrupunda həmçinin, Fransa İslandiyanı sınağa çəkəcək.

Günün əsas maraq doğuran qarşılaşmalardan biri Serbiyada baş tutacaq. Sözügedən ölkənin yığması qrupun lideri İngiltərəni qəbul edəcək. "Dumanlı Albion" səfərdən qalib dönsə, qrup liderliyini böyük ölçüdə təmin edəcək. 

DÇ-2026, seçmə mərhələ 9 sentyabr

D qrupu

20:00. Azərbaycan - Ukrayna 22:45. Fransa – İslandiya Xal durumu: İrlandiya – 3, Fransa – 3, Ukrayna – 0, Azərbaycan – 0.

F qrupu

20:00. Ermənistan - İrlandiya 22:45. Macarıstan - Portuqaliya Xal durumu: Portuqaliya – 3, Macarıstan – 1, İrlandiya – 1, Ermənistan – 0.

H qrupu

22:45. Bosniya və Herseqovina - Avstriya 22:45. Kipr – Rumıniya Xal durumu: Bosniya və Herseqovina – 12, Avstriya – 9, Rumıniya – 6, Kipr – 3, San Marino – 0.

İ qrupu

22:45. Norveç - Moldova Xal durumu: Norveç – 12, İtaliya – 9, İsrail – 9, Estoniya – 3, Moldova – 0.

K qrupu

22:45. Albaniya - Latviya 22:45. Serbiya - İngiltərə Xal durumu: İngiltərə - 12, Serbiya – 7, Albaniya – 5, Latviya - 4, Andorra – 0.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər