Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Fanat.Az xəbər verir ki, D, F, I və K qruplarında ümumilikdə 8 görüş reallaşacaq.
Bu gün İslandiyanı qəbul edəcək Azərbaycan millisinin yer aldığı D qrupunda Fransa seçməsi Ukraynanı qəbul edəcək. Kriştianu Ronaldulu Portuqaliya səfərdə İrlandiya ilə qarşılaşacaqsa, İtaliya Moldovanın, Serbiya yığması İngiltərənin qonağı olacaq.
Qeyd edək ki, tsikldə son iki oyununu evdə keçirəcək Azərbaycan millisinin İslandiya ilə bu gün, Fransa ilə 16 noyabrda üz-üzə gələcək.
DÇ-2026 Seçmə mərhələ 13 noyabr
D qrupu 21:00. Azərbaycan - İslandiya 23:45. Fransa - Ukrayna Xal durumu: Fransa - 10, Ukrayna - 7, İslandiya - 4, AZƏRBAYCAN - 1.
F qrupu 21:00. Ermənistan - Macarıstan 23:45. İrlandiya - Portuqaliya Xal durumu: Portuqaliya - 10, Macarıstan - 5, İrlandiya - 4, Ermənistan - 3.
I qrupu 21:00. Norveç - Estoniya 23:45. Moldova - İtaliya Xal durumu: Norveç - 18, İtaliya - 15, İsrail - 9, Estoniya - 4, Moldova - 1.
K qrupu 23:45. İngiltərə - Serbiya 23:45. Andorra - Albaniya Xal durumu: İngiltərə - 18, Albaniya - 11, Serbiya - 10, Latviya - 5, Andorra - 1.